Səhiyyə nazirinin ETİRAFI

13:30 | 14.03.2014
Səhiyyə nazirinin ETİRAFI

Səhiyyə nazirinin ETİRAFI

“Mənə heç olmasa bircə dövlət göstərin ki, onun səhiyyə sistemi nöqsansız olsun.

Bizdə də problemlər var və heç kim onlara göz yummağın tərəfdarı deyil. Ancaq bizi tənqid edənlər təbabətin bugünkü vəziyyəti ilə on il əvvəlki halını müqayisə edə bilərlər”.

APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev “Tibb” qəzetinə müsahibəsində kütləvi informasiya vasitələrində səhiyyə sisteminin tənqid olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müsbət dəyişiklərin göstəricilərindən biri dövlət xəstəxanalarında çarpayıların məşğulluğudur. Nazir qeyd edib ki, bu göstərici on dəfələrlə artıb, bu da təsadüfü deyil: “Dövlət tibb müəssisələri, regional diaqnostika mərkəzləri bu gün ən müasir aparatura ilə təchiz olunub, onlarda çalışa bilən müvafiq mütəxəssislər var. İnsanlar həmişə xəstələnirdilər, ancaq əvvəllər onların ixtisaslı tibbi yardım almaq imkanları elə də çox deyildi. Bundan başqa, həkimlərə də inamsızlıq var idi. Bu qədər çox adamın xəstələnməsi yaxşı deyil, ancaq onlar müalicə olunmasaydılar, özü də pulsuz tibbi yardım imkanları olmasaydı, lap pis olardı”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM