Səhiyyə Naziriyi yanğın barədə məlumat yayıb

12:36 | 02.03.2018
Səhiyyə Naziriyi yanğın barədə məlumat yayıb

Səhiyyə Naziriyi yanğın barədə məlumat yayıb

Martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət  200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji  yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri  tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk! 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM