Səhiyyə Nazirliyi 164 sahibkarı cərimələdi

14:56 | 20.04.2015
Səhiyyə Nazirliyi 164 sahibkarı cərimələdi

Səhiyyə Nazirliyi 164 sahibkarı cərimələdi


Bu il yanvar-mart ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 164 sahibkar inzibati qaydada cərimələnib.

Virtualaz.org Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə istinadən bildirir ki, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdikləri üçün cərimələniblər. Bu müddətdə 4 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 24 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 33 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti