Ümumdünya Səhiyyə Təşkilatı hazır ət məhsullarından - kolbasa və donuz vetçinasından (sümüksüz ət və piy qarışığıının) istifadənin bağırsaq xərçəngi yaranmasına səbəb olduğunu açıqlayıb.
Modern.az BBC-yə istinadən xəbər verir ki, həkimlər gündə 50 qram belə ətin xərçəngin yaranma riskini 18 faiz artırdığını müəyyənləşdirib.
"Ət məhsullarının istifadəsinə görə düz bağırsaq xərçənginin yaranma riski böyük deyil. Amma bu məhsullardan istifadə halları artdıqca, xəstəlik riski də artır”, – ÜST-nın rəsmisi Kurt Ştrayf deyib.
Ətin faydalı xüsusiyyətlərinin olduğunu da deyən həkimlər, bununla belə, qırmızı ətin bağırsaq və mədəaltı vəz xərçənginin yaranmasında rol oynadığını xatırladıblarr.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !