Şəkidə ferma yanıb

21:00 | 05.07.2024
Şəkidə ferma yanıb

Şəkidə ferma yanıb

Şəki şəhəri yaxınlığında fermada yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində ferma ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub. Əraziyə dərhal bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

İlkin məlumata əsasən ferma ərazisində ümumi sahəsi 752 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və ətrafında 480 m² sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər, yaşayış massivi, sənaye obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma başlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti