"Selfi" qadağan edildi

23:14 | 13.01.2016

"Selfi" qadağan edildi

Hindistanın Mumbay şəhərinin bəzi ərazilərində "selfi” çəkmək qadağan edildi. 

Bu barədə Trend Türkiyənin NTV telekanalına istinadən məlumat verir.

2 nəfərin "selfi” çəkərkən dənizə düşərək ölməsindən sonra Mumbay polisi şəhərin 15 rayonunda "selfi” qadağası qoyub. Qadağan edilən ərazilərdən bəziləri çimərlik sahələridir.

Yaxın günlərdə mübahisəyə səbəb olan qərarla bağlı lövhələr quraşdırılacaq.

"Selfi” çəkənlərə hər hansı cəzanın verilib-verilməyəcəyinə dair hələ konkret qərar qəbul edilməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb