Səlim Müslümovdan yeni təyinat

20:50 | 08.05.2014
Səlim Müslümovdan yeni təyinat

Səlim Müslümovdan yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr islahatı həyata keçirilib. Belə ki, Nazirliyin Sosial təminat siyasəti şöbəsinə yeni müdir təyin olunub.
Modern.az-ın məlumatına görə, nazir Səlim Müslümovun müvafiq əmri ilə Səbinə Cəfərova bu şöbəyə müdir təyin edilib. Məlumatı Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev təsdiq edib.
Qeyd edək ki, S.Cəfərova bundan əvvəl Dünya Bankının Sosial layihələr üzrə koordinasiyası ilə məşgul olub və bu sahə üzrə tanınmış mütəxəssislərdən biridir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM