Serbiya yığmasına sərt cəza

19:06 | 24.10.2014
Serbiya yığmasına sərt cəza

Serbiya yığmasına sərt cəza

UEFA futbol üzrə Serbiya yığmasını Avropa 2016 birinciliyində sahədə olan qalmaqala görə pozulan albanlarla matçda 3:0 hesabı ilə qalib gəlsə də, üç xaldan məhrum etmək qərarına gəlib Oxu.Az BBC-yə istinadən xəbər verir.

Keçən çərşənbə axşamı Belqradda serblərin azarkeşləri sahəyə düşərək Albaniya yığmasının futbolçularına hücum ediblər. İnsident stadionun üzərində Albaniya bayrağı ilə distansion idarəetməli  kiçik təyyarənin keçməsindən sonra baş verir. Serbiyanın müdafiəçisi  bayrağı qoparıb, Albaniya yığmasının bir neçə oyunçusu bayrağı onun əlindən almaq istəyib. Oyunçular arasında dava başlayıb, az bir zamanda bu davaya azarkeşlər də qoşulub.

UEFA hər iki futbol komandasını 100 min avro məbləğində cərimə edib. Eləcə Futbol İttifqaının saytında bildirilib ki, Serbiya yığması iki oyunu tamaşaçısız keçirəcək.

Daha öncə serb xarici işlər naziri İvis Daçiç Serbiya və Albaniya yığmasının futbol matçının dağılmasını siyasi təxribat adlandırıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb