Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirib. Buna baxmayaraq sərhədçi zabit şücaət nümayiş etdirib və cinayətkarı tərkisilah edərək saxlayıb.
Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılan bağlamaya baxış zamanı içərisində 1 kq 125 qram "marixuana”, 1 kq 10 qram "tiryək” və 450 qram "heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.
İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçan digər şəxsin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb.
Nəticədə, hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndinin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR, Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avtomobilin içərisindən 55 qram "tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarlanaraq götürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !