Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Misirin bəzi televiziyalarında yayınlanan bir serialda Sudanın pis göstərilməsi olub.
Sudan XİN-in sözçüsü Qariballah əl-Hadır bu barədə yazılı açıqlama verib:
"Misirdə yayımlanan bəzi kanallarında nümayiş etdirilən "Əbu Ömər əl-Misriyyə" adlı serialda Sudana gələn Misir vətəndaşları haqqında pis imic formalaşdırılır və terrorçu damğası vurulur", - açıqlamada qeyd olunur.
Sözçü bildirib ki, serialın bəzi səhnələrində Sudanın simvollarından istifadə olunub və buna görə rəsmi dairələrdən icazə alınmayıb.
Hadır sözügedən serialla bağlı may ayının 16-da Misirin Hartum şəhərindəki səfiri Usamə Şeltuta etiraz notası verildiyini sözlərinə əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !