Səudiyyə Ərəbistanı neft hasilatında rekordu yeniləyib

21:27 | 11.08.2016
Səudiyyə Ərəbistanı neft hasilatında rekordu yeniləyib

Səudiyyə Ərəbistanı neft hasilatında rekordu yeniləyib

Report: Neft qiymətlərindəki azalma yaxın günlərdə davam edəcək

Səudiyyə Ərəbistanı iyul ayında orta gündəlik neft hasilatını rekord səviyyəyə qədər artırıb. "Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat OPEC-in yeni hesabatında dərc olunub. Hesabatda bildirilir ki, S.Ərəbistanının neft hasilatı iyulda 10,67 mln. barel/günə çatıb. Xatırladaq ki, bu ölkə ənənəvi olaraq yay aylarında hasilatı artırır və bundan əvvəlki gündəlik rekord hasilat da məhz 2015-ci ilin iyulunda 10,56 mln. barel həcmində qeydə alınıb.

Qəzetin yazdığına görə S.Ərəbistanı yay aylarında daxili tələbatın artması səbəbindən hasilatı artırır. Ölkədəki isti hava səbəbindən yay aylarında kondisionerlərin tükətdiyi enerji tələbatını ödəmək üçün S.Ərəbistanı hasilatı artırmağa məcbur olur. Xatırladaq ki, S.Ərəbistanında iyul ayında havanın temperaturu müsbət 50 dərəcəni ötüb.

Hazırda OPEC üzvü olan ölkələr S.Ərəbistanının yay mövsümü bitdikdən sonra, yəni sentyabr-may ayları ərzində hasilatı azaldıb-azaltmayacağını diqqətlə izləyəcəklərini bildirib. Belə ki, S.Ərəbistanı rəsmiləri OPEC-dəki həmkarlarına hasilatı artırmayacağına dair söz verib. Üzv ölkələr sentyabrdan etibarən bu ölkədə gündəlik hasilatın 10,2 mln. barelə kimi geriləyəcəyini gözləyir.
Xatırladaq ki, dünən ABŞ Energetika İnformasiyaları Agentliyinin (EIA) 3-10 avqust tarixlərindəki hesabat həftəsində kommersiya məqsədli xam neft ehtiyatları ilə bağlı rəqəmini açıqlayıb. Bu göstərici proqnozlaşdırılan 1,025 mln. barel azalma əvəzinə 1,055 mln. barel artım göstərib. Nəticədə, neft qiymətlərində son günlərdə müşahidə olunan artım tendensiyası azalma ilə əvəzlənib. "Report"un analitik qrupu qeyd edir ki, "Brent" markalı neftin qiyməti dünən 4,3% azalaraq 45,77 dollar/bareldən 43,81 dollar/barelə kimi geriləyib. Neft qiymətlərindəki azalmanın yaxın günlərdə davam etməsi və 38 dollar/barelə çatması gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb