Şeyxülislam mükafatlandırıldı

13:20 | 17.11.2013
Şeyxülislam mükafatlandırıldı

Şeyxülislam mükafatlandırıldı

Belarus Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bütün Belarusun Patriarx-Ekzarxı, Minsk və Slutsk Mitropoliti Filaret tərəfindən qəbul edilib.

QMİ-dən ANS PRESS-ə verilən məlumata görə, Minskdə 17-19 noyabr tarixlərində keçiriləcək "Xristianlıq və İslamın qloballaşma şəraitində dialoqu" mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransa dəvətli olan Şeyxülislamı qardaşcasına səmimi qəbul edən Belarusun dini lideri onu Belarusda salamlamaqdan şərəf duyduğunu və dəvətini qəbul edib gəldiyi üçün əziz qardaşina dərin təşəkkürlərini bildirib. 

Azərbaycan xalqının və onun dövlət başçısı İlham Əliyevin salamlarını Belarusun dini liderinə çatdıran Şeyxülislam A.Paşazadə Mitropolit Filareti Azərbaycana səfər etməyə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Mitropolit Filaret Azərbaycanın Prezidenti ilə görüşlərini səmimiyyətlə xatırladı, ümummilli liderimiz Heydər Əliyevlə bağlı xoş fikirlərini bildirib. 

Şeyxülislam Mitropolit Filareti hər zaman ən müdrik dini liderlərdən biri saydığını, onu tanıdığı 33 il ərzində onun dəyərli fəaliyyətindən çox mətləblər əxz etdiyini dilə gətirib. Azərbaycan və Belarus xalqları arasında dostluq və mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfələr verdiyi üçün Mitropolitə dərin minnətdarlığını bildirən Şeyxülislam A. Paşazadə ona Uca Yaradandan uzun ömür, can sağlığı diləyib. 

Şeyxülislam və onu müşayiət edən nümayəndə heyətinin şərəfinə ziyafət mərasimində Belarus Mitropoliti Filaret Şeyxülislam A. Paşazadəyə "Dinlərarası əlaqələrin möhkəmləndirilməsi, xalqlar arasında sülh və əmin-amanlığın qorunması yolunda səylərinə görə" Belarus Pravoslav Kilsəsinin I dərəcəli "Svyatitel Kiril Turovski" ordenini təqdim edib.

Görüşlərdə QMİ sədrinin müavini Sabir Həsənli və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşeyin iştirak edib.

ANS PRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM