“Shacman” markalı yük avtomobili iki nəfərin üzərinə aşıb

13:19 | 06.10.2018
“Shacman” markalı yük avtomobili iki nəfərin üzərinə aşıb

“Shacman” markalı yük avtomobili iki nəfərin üzərinə aşıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda "Shacman” markalı yük avtomobili iki nəfərin üzərinə aşıb.

FHN-dən Unikal.org-a bildiriblər ki, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun cəsədlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb