"Shell" Azərbaycanı tərk edir

22:45 | 08.07.2016

"Shell" Azərbaycanı tərk edir

Kreditorlar hələ iki ay ərzində şirkətə qarşı iddialar irəli sürə bilərlər

"Royal Dutch Shell"in (Niderland krallığı) törəmə şirkəti "Shell Business Development Cenrtal Asia B.V" Azərbaycanı tərk edir. ANS PRESS-in məlumatına görə, kreditorlar hələ iki ay ərzində şirkətə qarşı iddialar irəli sürə bilərlər.  

Şirkət ölkəmizdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində axtarış, emal və neft hasilatına dair PSA müqaviləsinə görə (məhsulun bölgüsü)  5% paya malik idi. 

"Shell" həmçinin  "Kaşaqan" (Qazaxıstan) yatağından əldə olunan neftin Bakı-Tiflis-Ceyhan kəməri vasitəsi ilə nəql olunmasında maraqlı idi. Lakin sonradan bu qərara yenidən baxıldı və qazax neftinin Xəzər boru kəməri konsorsiumu ilə nəql olunması qərarı verildi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb