Simeone: "Arda əvvəl belə deyildi"

15:18 | 11.01.2014
Simeone: "Arda əvvəl belə deyildi"

Simeone: "Arda əvvəl belə deyildi"

"Barselona"da yeni baş məşqçinin gəlişi ilə dəyişiklər olub.  İndiki "Barselona" daha sürətli oynayan bir komandadır. Ancaq biz də əvvəlki kimi deyilik. Dieqo Kosta, Arda Turan və Koke bundan öncə belə deyildilər. Qələbə qazanmaq üçün oynayacağıq. Hər zaman ən yaxşı nəticəni arzu etmişəm və artıq istədiklərim yeri yetir.Rəqibə topa daha çox sahib olmaqlarına imkan verməyəcəyik. ".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqada sabah baş tutacaq "Barselona" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Həmyerlisi Messinin yaşıl meydanlara qayıtmasına sevindiyini bildirən argentinalı mütəxəssis onun haqda müsbət fikirlər səsləndirib: " Messinin dönüşü məni məmnun etdi. Çünki dünya çempionatının qazanmaq məcburiyyətindəyik. Bunun üçün də Argentinaya Messi lazımdır. "Barselona"nı Messisiz düşünmək çox çətindir. Ancaq o, olmadığı zaman da Kataloniya klubu çox yaxşı çıxış edirdi". 

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM