“Sınıq körpü”də son vəziyyət – FOTOLAR

20:15 | 21.09.2016
“Sınıq körpü”də son vəziyyət – FOTOLAR

“Sınıq körpü”də son vəziyyət – FOTOLAR

Son dövrlər Tovuz Gömrük İdarəsinin "Sınıq körpü” gömrük postunda müşahidə olunmuş nisbi sıxlıqlar tamamilə aradan qaldırılıb.
 
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda Nazirlər Kabinetinin 8 iyul 2016-ci il tarixli 267 nömrəli qərarı ilə edilmiş dəyişikliklərin tətbiqi ölkənin bütün gömrük-keçid məntəqələrinin, o cümlədən "Sınıq körpü” gömrük postunun iş rejiminə müsbət təsir göstərib. Belə ki, dəyişikliklərin tətbiqinə qədər xaricə səyahət edən vətəndaşların güzəştli qaydalarla ölkəyə gətirdiyi malların miqdarına müəyyən məhdudiyyətlər qoyulsa da, vaxt baxımından qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmayıb. Nəticədə son illər fiziki şəxslərin, xüsusilə sərhədyanı ərazilərdə yaşayan əhalinin gün ərzində bir neçə dəfə qonşu ölkələrə gedərək gömrük ərazisinə gətirdikləri malların Azərbaycanın gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhdlər göstərilir, bu da öz növbəsində həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınmaya, həmçinin qeyd olunan malların qaçaqmalçılığı hallarını artmasına, gömrük-keçid məntəqələrində sıxlıqların yaranmasına səbəb olub. Belə ki, xüsusilə sərhəd rayonlarda yaşayan sakinlərin bir qisminin bəzən gün ərzində 2-3 dəfə qonşu ölkələrə səyahət etdiyi, hər dəfə geri dönüşdə isə özləri ilə siqaret, alkoqollu içkilər və ərzaq məhsulları gətirdiyi müşahidə olunub.
 
 
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb