SOCAR Rumıniyada 38-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək

11:45 | 05.07.2017
SOCAR Rumıniyada 38-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək

SOCAR Rumıniyada 38-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək

Elektriklə işləyən avtomobillər üçün məntəqədə şarj da quraşdırılıb

Yaxın günlərdə SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini müştərilərin ixtiyarına verəcək. Bu barədə "Report”un Şərqi Avropa bürosuna SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA” şirkətindən məlumat verilib. 

"Ghiroda" məntəqəsi Rumıniyanın qərbində yerləşən Timiş rayonunda, ölkəni Macarıstanla birləşdirən magistral yolun üzərindədir. 

Benzin, dizel və GPL (qaz) kimi yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə 3 sayğac quraşdırılıb, bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. 

Elektriklə işləyən avtomobillər üçün məntəqədə şarj da quraşdırlıb. Qeyd edək ki, Rumıniya üzrə ilk dəfə olaraq məhz "SOCAR” məntəqələrində elektromobillərin enerji ilə təminatı həyata keçirilir. 

Müştərilərə YDM ərzasindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. 

Xatırladaq ki, bu, Timiş regionunda istifadəyə veriləcək sayca ikinci yanacaqdoldurma məntəqəsidir. Ümumilikdə isə SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb