SOCAR Rusiya limanından xam neft ixracını yenidən dayandırdı

12:18 | 03.03.2016
SOCAR Rusiya limanından xam neft ixracını yenidən dayandırdı

SOCAR Rusiya limanından xam neft ixracını yenidən dayandırdı

Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında Supsa limanından 169 min 215 ton, Ceyhan limanından 1 milyon 473 min 411 ton, Kulevi terminalından 14 min 946 ton xam neft ixrac edib. 

Bu barədə SOCAR-dan Oxu.Az-a bildirilib.

"Ümümilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 258 ton, Supsa limanından 423 min 264 ton, Ceyhan limanından 2 milyon 984 min 325 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib”, - deyə şirkətin açıqladığı hesabatda əks olunub. 

Qeyd edək ki,  SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM