• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

SOCAR Türkiyə poliolefin istehsalına investisiyaları artırmağı planlaşdırır

SOCAR Türkiyə poliolefin istehsalına investisiyaları artırmağı planlaşdırır
06.01.2025 15:52
SOCAR Türkiyə (STEAS) önümüzdəki on il ərzində Petkim-in mövcud istehsal güclərinə əlavə olaraq bir neçə yeni poliolefin istehsal müəssisəsinin tikintisinə 7 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Bu barədə bazar ertəsi İstanbulda keçirilən mətbuat konfransında SOCAR Türkiyə-nin neft emalı və neft-kimya bölməsinin rəhbəri Kənan Mirzəyev məlumat verib.

"2025-2026-cı illərdə bu yeni istehsal güclərinin yaradılması üçün detallı layihə (FEED) hazırlanacaq və bu mərhələyə təxminən 50 milyon dollar sərmayə yönəldiləcək,” -  Mirzəyev bildirib.

Onun sözlərinə görə, STEAS 2008-ci ildən etibarən Petkim-də müxtəlif növ poliolefin və neft-kimya məhsullarının istehsalı üçün təxminən 2 milyard dollar sərmayə qoyub.

Keçən il Petkim-in istehsalı təxminən 2 milyon ton təşkil edib və Türkiyənin poliolefinə olan tələbatının 11-12 faizini təmin edib.

"Türkiyə poliolefin tələbatının 90 faizini idxal edir. Buna görə də, yeni istehsal müəssisələrinin tikintisi ilə bağlı qərarımız Türkiyə üçün sərfəlidir və SOCAR Türkiyə üçün də gəlirli olacaq,” -  Mirzəyev əlavə edib.

O həmçinin qeyd edib ki, yekun maliyyə qərarı FEED hazırlandıqdan sonra, böyük ehtimalla 2027-ci ilə qədər verilə bilər.

 Petkim Türkiyədə 1965-ci ildən fəaliyyət göstərir.

SOCAR 2008-ci ildə Türkiyə hökumətinin keçirdiyi tenderdə qalib gələrək 2,04 milyard dollara Petkim-in nəzarət paketini əldə edib.

Petkim-in tərkibinə 16 zavod daxildir.
 
Lada Yevqraşina

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol