“SOCAR Ukraine” qaz satışı üçün lisenziya alıb

18:38 | 29.06.2017
“SOCAR Ukraine” qaz satışı üçün lisenziya alıb

“SOCAR Ukraine” qaz satışı üçün lisenziya alıb

Ukraynada enerji və kommunal xidmətlər üzrə tənzimlənməni həyata keçirən Milli Komissiya SOCAR-ın törəmə şirkəti olan "SOCAR Ukraine” Ticarət Evinə ölkə ərazisində təbii qazın ticarəti üçün lisenziya verib.

Anews.az  Report-a istinadən xəbər verir ki, müvafiq qərar komissiyanın bu gün keçirilmiş iclasında qəbul edilib.

Xatırladaq ki, iyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən, "Ukrtransgas” Milli Komissiyanın lisenziyası olmayan şirkətlərin qaz nəqli üçün ərizəsini qəbul edə bilməyəcək. Hazırda 239 şirkətin belə lisenziyası var.

Bu gün komissiyanın keçirilən iclasında "SOCAR Ukraine” şirkəti ilə yanaşı, "Gastron Ukraine” şirkəti də ölkədə qaz satmağa lisenziya alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb