SOCAR Xorvatiyaya qaz ixracına başlayıb

17:54 | 02.09.2024
SOCAR Xorvatiyaya qaz ixracına başlayıb

SOCAR Xorvatiyaya qaz ixracına başlayıb

1 sentyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)  Xorvatiyaya qaz ixrac etməyə başlayıb.  Bu barədə SOCAR məlumat yayıb. 

"Azərbaycan və Xorvatiya hökumətləri arasında mövcud olan uğurlu əməkdaşlıq nəticəsində qış mövsümü ərəfəsində Azərbaycan qazının PPD şirkəti və MET Qrup vasitəsilə Xorvatiyaya çatdırılması ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı və qaz təchizatçısı kimi rolunu daha da möhkəmləndirir",  -  şirkətin bəyanatında bildirilib. 

Beləliklə, Xorvatiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan onuncu ölkə olub.
 
Bununla belə şirkət Xorvatiyaya hansı həcmdə qaz ixrac edəcəyini açıqlamayıb. 
 
2023-cü ildə Azərbaycan 23,8 milyard kubmetr qaz ixrac edib  bu da 2022-ci ilin göstəricisindən  5,3% çoxdur. 2022-ci ildə Avropaya Azərbaycan qazının ixracı 11,8 milyard kubmetr təşkil edib. 

2024-cü ildə Azərbaycan qaz ixracı 25 milyard kubmetr proqnozlaşdırılır ki, bunun da 13 milyard kubmetri Avropaya göndəriləcək.
 
N.Təbrizli





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM