Soçidə keçiriləcək qış Olimpiya oyunlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına Amerikanın Federal Təhqiqatlar Bürosunun əməkdaşları da cəlb ediləcək.Büronun rəhbəri Ceyms Komi bu barədə məlumat verərək bildirib ki, 20 əməkdaş bu ərəfədə Moskvada, daha 10 nəfər isə Soçidə olacaq.AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq bəzi FTB əməkdaşları Rusiyaya gəlib.C.Kominin sözlərinə görə, rusiyalı həmkarları ilə mütəmadi əlaqə yaradılır. Bu məsələlərdə şəxsən özünün də iştirak etdiyini deyən FTB rəhbəri təhlükəsizliyin təmini üçün daha yaxşı koordinasiyaya çalışdıqlarını vurğulayıb. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !