Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar

10:15 | 02.06.2022
Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar

Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar

Son 3 ildə Türkiyənin qaza olan tələbatı 60 milyard kubmetrədək yüksəlib. Bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

"3 il əvvəl qaza tələbat 50 milyard kubmetrə bərabər idi. Ümumiyyətlə, Türkiyədə enerji daşıyıcılarına olan tələbat artır. Son 20 ildə ölkədə qaza olan tələbat isə 3 dəfə çoxalıb. Hazırda Türkiyə Avropada ən böyük qaz istehlakçısıdır və təbii qazın 70 %-i idxal edilir", Bayraktar söyləyib.
 
Nazir müavini qeyd edib ki, Türkiyənin qaz idxal etdiyi əsas qaz ölkəsi Rusiyadır.
 
"Son zamanlar da ABŞ ölkəmizə qaz ixracında ilk üçlükdə yer alır. Türkiyə Trans-Anadolu Qaz Boru (TANAP) xəttinə böyük önəm verir. Amma bununla belə alternativ qaz mənbələri də axtarmaqda davam edir",- Bayrakdar bildirib.

Türkiyə Qara dənizdən hasil edilən qazı 2023-cü ilin birinci rübündən istehlak etməyi planlaşdırır. Bu müddətdə Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən on milyard dollar sərmayə qoyacaq.
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM