• $
  • €
  • ₽
  • ₺
  • £

Son bir həftədə Qarabağda nə qədər ərazi minadan təmizlənib? - Rəsmi

Son bir həftədə Qarabağda nə qədər ərazi minadan təmizlənib? - Rəsmi
13.01.2025 14:57
Yanvarın 3-12-dək azad olunan ərazilərdən 55 tank əleyhinə mina, 192 piyada əleyhinə mina, 567 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1043.2  hektar ərazi minalardan təmizlənib.
 
Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü, dünyada isə onuncu yerdə qərarlaşıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsi prosesini ANAMA, Müdafiə Nazirliyi, Fövqəlada Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri birgə həyata keçirir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 15:05
MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib
Moskva-Bakı marşrutu üzrə kruiz səfərləri təşkil ediləcək
Cəmiyyət 14:35
Moskva-Bakı marşrutu üzrə kruiz səfərləri təşkil ediləcək
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Cəmiyyət 13:19
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:49
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Cəmiyyət 12:12
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Cəmiyyət 11:46
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Cəmiyyət 11:30
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Şahdağa qar yağıb - faktiki hava
Cəmiyyət 10:55
Şahdağa qar yağıb - faktiki hava
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Cəmiyyət 20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol