Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:33 | 23.09.2021
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 178 yeni yoluxma faktı qeydə alınıb, 2 322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 477 587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444 053 nəfər müalicə olunaraq sağalıb, 6 394 nəfər vəfat edib. 27 140 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 331, bu günə qədər isə ümumilikdə 4 790 724 test icra olunub.
 
Həmçinin, bu gün ölkədə 62 588 nəfər vaksinasiya olunub.
 
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 072 nəfərdir. 
 
Vurulan vaksinlərin ümumi sayı 8 169 473, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 668 637, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 500 836 təşkil edir.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb