Sosial şəbəkədən manata dəstək aksiyası - Fotolar

17:46 | 17.02.2015
Sosial şəbəkədən manata dəstək aksiyası - Fotolar

Sosial şəbəkədən manata dəstək aksiyası - Fotolar

Xəbər verildiyi kimi, ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov manatın məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçildiyini bəyan edib. Bu isə öz növbəsində əhalinin bir qismi arasında narahatlığa səbəb olub. Bəziləri banklardakı manatla olan depozitlərini çəkməyə, bəziləri isə əllərində manatla olan vəsaitləri dollar, yaxud avroya dəyişməyə cəhd edir.

Lakin heç də hamı belə düşünmür.

ANN.Az Qaynar.info-ya istinadən xəbər verir ki, bu gün Facebook-da bu süni ajiotaja qarşılıq #manatadestek həşteqi ilə aksiya başlayıb. Shopera.az-ın təsisçisi Rəşad Camalın təklifi ilə başlayan aksiyaya qısa zamanda sosial şəbəkədə artıq onlarla istifadəşi qoşulub.

Aksiya iştirakçılarının fikrncə, belə məqamlarda süni ajiotaj yaratmaq yox, manata dəstək olmaq önəmlidir.

Sosial aksiyadan bəzi fotoları təqdim edirik:
 
ANN.Az
 






0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM