Şotlandiya müstəqillik məsələsində tərəddüd edir

22:28 | 08.09.2014
Şotlandiya müstəqillik məsələsində tərəddüd edir

Şotlandiya müstəqillik məsələsində tərəddüd edir

Britaniyanın keçmiş baş naziri Qordon Braun "New York Times" qəzetində yazır ki, sentyabrın 18-də Şotlandiyada referendum keçiriləcək. 

Azadlıq radiosunun məlumatına görə, şotlandlar bir suala cavab verməlidirlər: Şotlandiya müstəqiıl dövlət olsunmu?

Son sorğulara görə, cavab “yox” olacaq. Britaniyada qalmağın lehinə olanlar 53 faiz, müstəqillik tərəfgdarları 47 faizdir.

Ancaq Q.Braun hesab edir ki, hətta şotlandlar “yox” desələr belə, bu müstəqilliik sualının ortaya çıxması vacibdir: "Qlobal bazarlar, McDonald’s, Twitter dövründə də millətçilik yox olmayıb. Əksinə, belə bir ideya yaşayır ki, kiçik olmaq daha yaxşıdır. Şotlandiyadan tutmuş Kataloniyaya, Flandriyaya qədər bir çoxları ayrılmaq istəyir".

Q.Braun yazır ki, Britaniya heç vaxt etnik yekcins polmayıb: "Burada yaşaynları Amerika və Fransadakı kimi ideyalar da birləşdirməyib. Məsələn, Amerikada azadlıq və imkanlar ideyaları var, Fransada azadlıq, bərabərlik ideyaları insanları birləşdirir. Britaniya həmişə praqmatik olub".

Bütün bunlarla yanaşı keçmiş baş nazir hesab edir ki, Britaniya ümumi dəyərlər uğrunda, rifah uğrunda birgə işləməyə çox yaxşı zəmindir: "Britaniya rifahda böyük uğur qazanıb. Müstəqil olmaq isə hələ varlanmaq demək deyil. Bolqarıstan Avropa Birliyinin üzvüdür. Bolqarıstanda orta aylıq gəlir, Lüksemburqdakı orta aylıq gəlirdən 11 dəfə azdır".

Q.Braun sonda yazır ki, Britaniya Birliyi şotlandların özlərini reallaşdırması üçün ən yaxşı platformadır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb