• $
  • €
  • ₽
  • ₺
  • £

​Bu gün Anatoli Banişevskinin yubileyidir

​Bu gün Anatoli Banişevskinin yubileyidir
23.02.2016 11:40
 Bu gün Azərbaycanın futbol tarixində silinməz izlər qoyan SSRİ-nin əməkdar idman ustası, illərlə "Neftçi" klubunun uğurları üçün çalışmış Anatoli Banişevskinin anadan olmasından 70 il ötür. 

"Report"un məlumatına görə, uzun illər Bakı klubunda çıxış etmiş A.Banişevski 1946-cı ilin bu günündə anadan olub.

O, peşəkar karyerası ərzində – 1964-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında böyük əməyi olub. A.Banişevski SSRİ yığmasının məşqçilər korpusunun da diqqətindən kənarda qalmayıb. "Ağ-qaralar"da çıxış etdikdən 1 il sonra hücumçu 19 yaşında SSRİ mili komandasına cəlb edilib. Tezliklə məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda "het-trik"ə imza atıb. Bundan başqa, A.Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunan Avropa çempionatlarına da qatılan azərbaycanlı futbolçu son yarışda gümüş mükafata layiq görülüb.

A.Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. SSRİ çempionatı və kuboku, o cümlədən sovetlərin yığma komandasında üst-üstə 100-dən çox qol vurduğuna görə bombardirlərin "Qriqori Fedotov klubu"nun üzvü olub.

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan A.Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu elə "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılıb.

O, dekabrın 10-da ağır xəstəlikdən vəfat edib.

Banişevski ölümündən bir il əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən "Şöhrət ordeni" ilə təltif olunub. 2 fevral 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol