Rusiyada karate və sambo məşqçiləri arasında silahlı münaqişə

Rusiyanın Xabarovsk vilayətində karate və sambo məşqçiləri arasında dava düşüb.
"Report"un Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
32 yaşlı karate məşqçisi travmatik tapança ilə özündən 4 yaş kiçik sambo məşqçisini yaralayıb. Atəş açana başqa yerə getməməklə bağlı dilindən iltizam alınıb. Samboçu xəstəxananın reanimasiya, karateçi travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı "Sağlamlığa qəsdən ağır zərər yetirmə" maddəsi ilə cinayət işi qaldırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















