• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Bəzi yarışlarda idmançılarımıza qarşı ədalətsiz qərarlar qəbul edilir”

İlham Əliyev: “Bəzi yarışlarda idmançılarımıza qarşı ədalətsiz qərarlar qəbul edilir”
23.09.2016 11:57
 "Bəzən biz görürük ki, bəzi yarışlarda ədalətsiz qərarlar qəbul edilir, o cümlədən bizim idmançılara qarşı. Əlbəttə ki, bu, bizi çox narahat edir və incidir”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar və onların məşqçiləri ilə görüşü zamanı deyib.
 
"Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan artıq dəfələrlə müxtəlif beynəlxalq yarışlarda sübut edib ki, biz doğrudan da güclü idman dövlətiyik, bizim güclü idmançılarımız var və idmançılar Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlayırlar”, - deyə o vurğulayıb.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda idmanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür: "Məhz bunun nəticəsidir ki, bu gün biz Avropa, dünya çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr göstəririk. Həm təlim-məşq prosesi düzgün təşkil edilir, həm də idman infrastrukturu yaradılır. Bizim bölgələrimizdə 40-dan çox regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bir neçə Olimpiya Mərkəzində tikinti işləri gedir və gələn il bu işlər davam etdiriləcək. 2008-ci ildə paralimpiyaçılar üçün xüsusi Olimpiya İdman Mərkəzi yaradılıb və orada bizim idmançılarımız məşq edirlər. Digər infrastruktur yaradılır. Bakıda ən yüksək beynəlxalq yarışları qəbul edə biləcək idman obyektləri var. Keçən il Avropa Oyunlarının keçirilməsi zamanı bütün dünya bunu gördü. Yeri gəlmişkən, ötən il Avropa Oyunlarının keçirilməsi də bizim idman potensialımızı əks etdirir. Çünki bu qərarın qəbul edilməsində Avropa Olimpiya Komitəsi eyni zamanda bizim idman potensialımızı da nəzərə alıb. Əlbəttə, bizim ölkəmiz də, Bakı şəhəri də bu Oyunların keçirilməsinə hazırlıqlı idi və bütün qonaqlar, Azərbaycana gələn minlərlə idmançı bunu gördülər. Əlbəttə, bu, Azərbaycanda idman sahəsində əldə edilmiş uğurların da nəticəsi idi. Bizim komandamız tarixi qələbə qazanaraq 50 milli olimpiya komandası arasında ikinci yerə layiq görülüb, o cümlədən paralimpiyaçılar da bizi sevindiriblər".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol