• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün İslam Həmrəyliyi Oyunları açılır

Bu gün İslam Həmrəyliyi Oyunları açılır
12.05.2017 08:59
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.

Anews.az-in məlumatına görə, Bakı Olimpiya Stadionunun ev sahibliyi edəcəyi tədbir saat 21:00-da başlayacaq.

Təxminən 2 saat davam edəcək mərasimdə Azərbaycan və islam mədəniyyəti tərənnüm ediləcək. Tədbirdə məşhur simaların iştirakı gözlənilir. Mərasimdə idmançıların paradı və atəşfəşanlıq da olacaq.

"IV İslam Həmrəyliyi Oyunları”nın açılış mərasimi ilə əlaqədar mayın 12-də "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyət göstərməyəcək.
Bu gün səhər saat 06:00-dan Bakı ətrafı kənd və qəsəbələrdən "Koroğlu” NMM-ə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər - metronun "Qara Qarayev”, "Neftçilər” və "Həzi Aslanov” stansiyalarına doğru dəyişdiriləcək.

Belə ki, 54, 62, 107, 131, 172, 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə "Neftçilər” metrostansiyasına, 139, 148, 163, 166, 184, 198, 204, 216, 214, 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə "Qara Qarayev” metrostansiyasına, 101, 136, 150, 160, 171, 187 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Hava Limanı-Zığ beton yolundan keçməklə "Həzi Aslanov” metrostansiyasına yönləndiriləcək.

Dəyişikliyə əsasən, mayın 12-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaqlar.

2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.

4 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar İ.Hidayətzadə küçəsindən 28 May metrostansiyasına qədər hərəkət edəcək.

5 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar saat 16:00-dan etibarən N.Nərimanov – 28 May metrostansiyasına qədər fəaliyyət göstərəcək.
21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən "Əhmədli” metrostansiyasından son dayanacağı "Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.
32 nömrəli marşrut xətti E.Süleymanov küçəsindən "Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

46 nömrəli marşrut xətti başlanğıc dayanacağı İ.İsmayılov küçəsi (Günəşli) olmaqla son dayanacağı "Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

88 nömrəli marşrut xətti başlanğıc dayanacağı 7-ci MKR olmaqla Hökümət evi – Z.Əliyeva – R.Behbudov küçələri istiqamətində fəaliyyət göstərəcək.
125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən Azneft dairəsinə qədər fəaliyyət göstərəcək.

H1 nömrəli marşrut xətti 28 May küçəsi – R.Behbudov – S.Rəhimov – Xətai pr. – Babək pr. – N.Rəfiyev – A.Cəlilov – Nobel pr. – Zığ beton yolu – Heydər Əliyev Hava Limanı, əks istiqamətdə isə Heydər Əliyev Hava Limanı – Zığ beton yolu – Nobel pr. – A.Cəlilov – K.Səfərəliyeva – 28 May küç. – "28 May” metrostansiyasına qədər fəaliyyət göstərəcək.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol