• $
  • €
  • ₽
  • ₺
  • £

“Sabah da eyni nəticənin təkrarlanmasını istərdim” - Antonio Konte

“Sabah da eyni nəticənin təkrarlanmasını istərdim” - Antonio Konte
21.11.2017 21:49
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Qarabağ”ın qonağı olacaq İngiltərə çempionu "Çelsi”nin baş məşqçisi Antonio Konte oyunöncəsi mətbuat konfransında iştirak edib.

Yenicag.az xəbər verir ki, italyan mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

– Bu oyunda çox diqqətli olmalıyıq. "Atletiko” kimi komanda ilə hər iki oyunda heç-heçə etdilər. "Roma” da burda çətinliklə üzləşdi.

– 10 ballıq sistemlə "Çelsi” və "Qarabağ”ı hansı balla qiymətləndirərdiz?

– "Qarabağ” yaxşı komandadı. Bəxtimiz gətirdi ki, Londondakı matçda bu komanda ÇL-də ilk oyununu keçirirdi. Həmin oyundakı böyük hesablı qələbəni bununla bağlayardım.

– İngiltərə mətbuatına müsahibənizdə ilk qələbənizi qazanana kimi saqqalınızı qırxmayacağınızı demişdiz. Sabah qalib gəlsəz, saqqalınızı Bakıda, yoxsa Londonda qırxdıracaqsız?

– Əsas olan mənim saqqalım yox, komandanın qələbə qazanmasıdı (gülür). İlk dəfədi saqqal saxlayıram. Düzü, bu, çox çətindi. Ancaq dediyim kimi, mənim üçün əsas olan komandamın qələbəsidi.

– İki il öncə, İtaliya millisinin "sükanı arxasında” bu stadionda qələbə qazanmışdız. Necə düşünürsüz, bu arena yenə sizə düşərli olacaq?

– Eyni nəticənin təkrarlanmasını istərdim. Həmin oyunda çətinliklə üzləşmişdik. Azərbaycanda futbol inkişafdadı. Sabahkı oyunun da çətin keçəcəyini düşünürəm. Bu oyunda çox diqqətli olmalıyıq.

– Bu matçdan sonra "Liverpul”la çətin oyun gözləyir. Bu, elə oyunlardı ki, burda səhv etmək şansınız yoxdu…

– "Atletiko” ilə oyundan sonra da belə sıxlıq olmuşdu. Təqvimi tərtib edən insanlara qarşı iradım var. Bu təqvimi tərtib edənlər diqqətli olmalıdılar. Bunu bəhanə etmək istəmirəm, ancaq təqvimin sıx olduğu açıqdı.

– Futbolçuları ilk oyunda 6:0 hesabıyla qalib gəldikləri komandaya qarşı oyuna kökləməkdə çətinlik çəkməyəcəksiz ki?

– Motivasiya ilə bağlı problem olacağını düşünmürəm. Bu oyuna futbolçuları xüsusi kökləməyə ehtyac görmürəm. Rəqib "Atletiko” ilə iki dəfə heç-heçə edib.

– Qarşıda "Liverpul”la vacib oyununuz olduğunu nəzərə alsaq, bu matçda heyətdə rotasiyalar ola bilər? 

– Həmişə komanda üçün ən yaxşı qərarı verməyə çalışıram. Nəzərə alsaq ki, 3 gündə bir oyun keçiririk, rotasiya mütləq olmalıdı. Ancaq "Qarabağ”la oyun bizim üçün vacibdi. Bu matçda qalib gələcəyimiz təqdirdə, növbəti mərhələyə vəsiqə qazanacağıq.

– Bayaq sıx təqvimdən narazı qaldığınızı bildirdiz. Bununla bağlı şikayət etmisiz?

– Bu, təkcə bizim üçün yox, digər komandalara da aiddi. İngiltərə ÇL-də 5 komanda ilə çıxış edir. Uzun müddətdi İngiltərə klubları ÇL-də finala çıa bilmir. Baxmayaraq, çox güclüdülər. Təqvimi tərtib edənlər bunu nəzərə almalıdılar.

– Saat neçədə İngiltərəyə çatacaqsız?

– Saat 4-də çatacağıq. Bir daha bildirmək istəyirəm ki, təqvimi hazırlayanlar dəyişikliklər etməlidilər.

– "Mançester Yunayted”ə qarşı 3-5-2 taktikası ilə çıxış etdiz və bu, uğurlu alındı. Bu taktikadan "Liverpul”la matçda da istifadə etməyi planlaşdırırsız?

– Bəzi oyunlarda dəyişikliklərin edilməsi vacibdi. Komanda bir neçə sxemdən istifadə etməyi bacarmalıdı. Əsas olan odu ki, bu dəyişik nəticəsində komanda öz oyununu itirməsin.

– Eden Azarın vəziyyəti nə yerdədi? Son turda ayağından zədə almışdı.

– Onun vəziyyəti yaxşıdı. Oyuna tam hazırdı. Yalnız Viktor Mozes və Mişi Batşuayinin zədəsi var. Kennedi Musandanın da zədəsi var. Onun zədəsi əzələ dartılması ilə bağlıdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol