• $
  • £

Region Liqasının ilk qalibi bəlli oldu

Region Liqasının ilk qalibi bəlli oldu
23.05.2018 19:45
AFFA-nın bu mövsüm ilk dəfə təşkil etdiyi Region Liqası başa çatıb.

Anews.az xəbər verir ki, Bayıl stadionunda keçirilən final oyununda Sumqayıtın "Uğur” və Mingəçevirin "Energetik” komandaları qarşılaşıb. 

2:0 hesabı ilə qalib gələn "Uğur” 2017/2018 mövsümünün qalibi olub. III yeri isə "Füzuli” komandası tutub. Füzuli təmsilçisi "Araz-Naxçıvan”a penaltilərdə qalib gəlib.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Kuboku meydana millimizin hücumçusu Ramil Şeydayev gətirib.

Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov təqdim ediblər.

Region Liqasının bombardiri 13 qolla Balazahir Əsədullayev ("Şağan”) olub. "Uğur” komandasının üzvü Nahid Mehrəliyev liqanın ən yaxşı futbolçusu, Şöhrət Rəhimov ("Füzuli”) ən yaxşı qapıçısı seçilib.

Xatırladaq ki, cari mövsüm Premyer Liqanın qalibi Ağdamın "Qarabağ”, I divizionun qızıl medallarının sahibi isə Bakının "Xəzər” komandası olub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol