• $
  • €
  • ₽
  • ₺
  • £

“Tvente”nin qapıçısı: “Qarabağ” yaxşı komandadır”

“Tvente”nin qapıçısı: “Qarabağ” yaxşı komandadır”
12.08.2014 22:30
“Düzünü desəm, komandanız haqda geniş məlumatım yoxdu. Amma dəqiq bildiyim odu ki, çox maraqlı qarşılamalar olacaq. Həmin oyunlara qədər biz hələlik ölkə çempionatını düşünürük”. Bunu apasport.az saytına açıqlamasında Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Hollandiyanın “Tvente” klubunun qapıçısı Sonni Stevensin deyib.O bildirib ki, Ağdam və Enshede təmsilçilərinin 5 il öncə baş tutan qarşılaşmaları barədə ətraflı məlumata malik deyil. Stevensinin sözlərinə görə, bu haqda püşkatmadan sonra komanda yoldaşlarından eşidib: “Amma həmin vaxt mən bu komandada olmamışam. Sadəcə, bu iki komandanın elə Avroliqada qarşılaşdığını eşitmişəm. Həmin oyun da səhv etmirəmsə, pley-off mərhələsində olub və mərhələni “Tvente” keçib. İnanıram ki, bu dəfə də belə olacaq”.“Tvente”nin qapıçısı “Qarabağ”ın Çempionlar Liqasında “Zalsburq”a uduzmasından danışaraq, təmsilçimiz, xüsusilə də komandanın lideri Reynaldo barədə ətraflı bilgi toplayacaqlarını deyib: “Rəqibimiz Avstriyanın “Zalsburq” klubuna uduzub. Qısaldılmış videosuna baxdım. “Qarabağ” yaxşı komandadır, “Zalsburq” kimi komandanı öz meydanında məğlub edib. Bildiyimə görə, Avstriyada müəyyən problemlər üzündən əsas futbolçulardan bir neçəsi iştirak etməyib. Ona görə də uduzublar. Ağdamlıların heyətində yalnız Reynaldo haqqında eşitmişəm. Amma onun barəsində də çox şey bilmirəm. Vaxt keçdikcə öyrənməyə çalışacağıq. Amma cütün favoriti “Tvente”di”.Stevensin hazırda “Tvente”nin yaxşı formada olmaması barədə gəzən söz-söhbətlərə də münasibət bildirib. Onun sözlərinə görə, bütün bunlar yanlış fikirlərdi: “Çünki Hollandiya çempionatının səviyyəsi hər kəsə bəllidir. Əgər biz burada III pillənin sahibi olmuşuqsa, deməli, özümüzə tam güvənə bilərik. İnanıram ki, bunu Avroliqada da sübut edəcəyik”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol