FIFA prezidenti: "Superliqanın yaradılmasını bəyənmirik"

FIFA prezidenti Canni İnfantino Avropa Super Liqasının yaradılmasına münasibət bildirib.
İsveçrəli funksioner bununla bağlı fikirlərini UEFA Konqresindəki çıxışında bölüşüb.
O, açıq danışacağını söyləyib: "FIFA olaraq Superliqanın yaradılmasını bəyənmirik".
Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko” (Madrid), "Real Madrid”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























