"Qarabağ"ın zədəlilərinin son durumu açıqlanıb
![](https://anews.az/photo/850x500/2022-03/1646485678_fa7b497c-de42-3d79-8a4e-dc084279ad57_850.jpg)
"Qarabağ"ın zədəli futbolçuları Şahrudin Məhəmmədəliyev və Xayme Romeronun komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub.
www.anews.az
Klubun Mətbuat Xidmətindən verilən məlumata görə, həkimlərin rəyinə əsasən Məhəmmədəliyev martın 8-də qismən kollektivlə hazırlıqlara start verəcək.
İspaniyalı yarımmüdafiəçi isə 3 həftə sonra komandaya qoşulacaq.Klubdan o da bildirilib ki, zədədən sonra meydana çıxmayan Bədavi Hüseynov hələ də əvvəlki formasında deyil və bu səbəbdən matçlarda iştirak etmir.
"Qarabağ" martın 6-da Azərbaycan Premyer Liqasının XVIII turunda "Qəbələ" ilə üz-üzə gələcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər