• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

"Keşlə" "Səbail"i məğlub edib

12.03.2022 19:03
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Günün ilk matçında "Səbail" "Keşlə"ni qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin qollarını 17-ci dəqiqədə Pərviz Azadov, 21-ci dəqiqədə Rəhman Hacıyev, 90+5-ci dəqiqədə isə Turan Vəlizadə vurub.

"Dənizçilər"in əsas futbolçularından hesab edilən Yurgen Qoca zədələndiyi üçün oyuna sonadək davam edə bilməyib. 30 yaşlı müdafiəçi epizodların birində rəqib qapıçı Stanislav Namaşko ilə toqquşub. Albaniya oyunçu tibbi müayinədən sonra matça dönsə də, sonradan görüşə davam edə bilməyib və Məhəmməd Mirzəbəyovla əvəzlənib.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Keşlə" 6-cı sırada qalıb. "Səbail" isə 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Günün digər oyununda lider "Qarabağ" "Sabah"ın qonağı olacaq. Tura martın 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA Azərbaycan klublarına ödəniş edib
İdman 23:22
UEFA Azərbaycan klublarına ödəniş edib
III MDB Oyunları bu tarixdə keçiriləcək
İdman 20:26
III MDB Oyunları bu tarixdə keçiriləcək
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
Qurban  Qurbanovun oyun sonrası şərhi
İdman 00:28
Qurban Qurbanovun oyun sonrası şərhi
İdman 23:43
"Qarabağ" FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - Yenilənib
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Cəmiyyət 15:46
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol