"Beşiktaş"ın Bakıya gələcəyi tarix bəlli olub
![](https://anews.az/photo/850x500/2023-05/1683025167_besiktas-yeni-foto-1.jpg)
Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi tarix bəlli olub.
"Report"-un məlumatına görə, İstanbul təmsilçisi mayın 13-də Azərbaycan paytaxtına təşrif buyuracaq.
Klub prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert agentliyə xəbəri təsdiqləyib:
"Qismət olsa, komanda mayın 13-də Bakıda olacaq. Artıq proqram hazırdır. Amma hələ tam dəqiqləşməyib. Hər şey bəlli olduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)