• $
  • €
  • ₽
  • ₺
  • £

"Traktor Sazi"nin azarkeşləri həbs olundu

"Traktor Sazi"nin azarkeşləri həbs olundu
29.05.2020 05:22
Təbrizin "Traktor Sazi" futbol komandasının 25 nəfər azarkeşi tutulub.Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, kütləvi həbs komandanın baş məşqçisi postunda edilən dəyişikliyə klubun tərəfdarlarının etiraz kampaniyasına başlamasına səbəb olub."Traktor Sazi" futbol komandasında Toni Oliveyra baş məşqçi vəzifəsindən azad edilib, yerinə Məcid Cəlali gətirilib. Məcid Cəlali İran İnqilab Keşikçiləri Qvradiyasına  yaxın şəxs kimi tanınır. Bundan başqa etirazçılar onu «uğursuz məşqçi» adlandırırlar."Traktor Sazi"nin bəzi tərəfdarları komanda rəhbərlərinin, eləcə də Məcid Cəlalinin mobil telefon nömrələrini ictimaiyyət arasında yayaraq, vətəndaşları bu telefonlara ismarıc göndərib, yeni təyinata etiraz bildirməyə çağırıblar. Həbslər də buna görə həyata keçirilib. Tutulanların 19-u Təbrizdən, 6-sı isə Urmiyadandır. Onların saxlandığı yer hələ ki, bilinmir.Təbrizdə tutulan azarkeşlərin adları: Yaşar Səadəti, Salar Səadəti, Milad Bağban Əhəri, Məhəmmədrza Nuri, Elman Xorsəndi, Ruzbeh Nuhpur, Əli Tacirbaşı, Nasir Çitsaz, Babək Məhəmmədzadə, Əli Əhədzadə, Nəriman Lütfipur, Ehsan Nəsiri, Əli Mehrizad, Əli Mirzadə, Əhəd Nacizadə, Yunis İmani Qaramələki, Əmirəli Paşai, Nadir Məhəmmədi, Möhsün Nadizadə.Urmiyada tutulan azarkeşlərin adları: Meysəm Heşmətiyani, Əlirza Dindari, İsmayıl Rəsulzadə, Pedram Paşazadə, Hadi Tağızadə, Məhəmməd Purşərif.Müşahidəçilər hesab edir ki, Tehran hakimiyyəti M.Cəlaini "Traktor Sazi"yə başçı təyin etməklə komandanı və onun tərəfdarlarını qvardiyanın nəzarətində saxlamağa cəhd göstərir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol