• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunlarının stadionu müəyyənləşməyib - Qurbanov

“Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunlarının stadionu müəyyənləşməyib - Qurbanov
28.08.2025 05:38

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində dörd ev oyunu keçirəcək, lakin komandanın Tofiq Bəhramov adına Respublika stadionundan Bakının Olimpiya stadionuna köçüb-köçməyəcəyi hələ bəlli deyil. Bu barədə baş məşqçi Qurban Qurbanov “Ferentsvaroş”la matçdan sonra bildirib.

“UEFA-nın Çempionlar Liqasında çox ciddi tələbləri var. Mən bilmirəm Olimpiya stadionunun meydanı hazırdırmı. Yaxınlarda orada konsert olub. Əgər AFFA və ya başqa qurum təklif etsə, biz orada oynamağa hazırıq,” –  Qurbanov bildirib.

“Qarabağ” iki oyunun nəticəsinə görə (5:4) Macarıstanın “Ferentsvaroş” klubunu məğlub edib.

“Futbolçularımı təbrik edirəm. Oyun çox gərgin idi, böyük məsuliyyət vardı. Çempionlar Liqasına düşə bildik. Yenidən Avropanın ən güclü turnirində oynayacağımız üçün sevinirəm. Dövlət başçısı bizi təbrik etdi. Mən də onu təbrik edirəm! O, uzun illərdir ki, “Qarabağ”ı Çempionlar Liqasında görməyi arzulayırdı. Onu və ailəsini təbrik edirəm. Prezident bir daha göstərdi ki, bizə diqqətlə baxır", -  baş məşqçi Qurban Qurbanov komandasının Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsindən sonra təəssüratlarını bölüşüb. 

O həmçinin azərkeşlərin rolunu da vurğulayıb.

"Bu gün stadion tamam fərqli idi. Belə atmosferi çoxdan görməmişdim. Azarkeşlər də bizim kimi həyəcanlı idilər. Onlara təşəkkür edirəm. Futbolçulara oyundan əvvəl soyuqqanlı olmalarını, rəqibin təxribatçı sözlərinə fikir verməmələrini tapşırmışdım. Çünki belə vəziyyətdə uğur qazanmaq mümkün deyil. Psixoloji hazırlıq çox vacib idi. Onlardan eyni vaxtda həm cəsarətli, həm də soyuqqanlı olmalarını istədim", - Qurbanov vurğulayıb.

Səkkiz il əvvəl "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində oynayıb.

Qurbanovun fikrincə, " illər keçdikcə dəyişirik, futbolumuz da dəyişir. Bu gün ora yenidən qayıtmaq birlik və xarakter sayəsində mümkün olub".

"Mətbuat məndə göz yaşı gördümü? Mən onları gizlətməyə çalışırdım (gülümsəyir). Davam edəcəyik, yorulmamışıq. Bəzən çempionat oyunlarından sonra da belə hisslər olur. Səadət göz yaşlarını saxlamaq olmur". -  baş məşqçi bildirib.

Qələbəni necə qeyd edəcəyinə gəlincə məşqçi bildirib ki, bu günü qardaşları ilə qeyd edəcək.

"Rayonumuzdan qardaşlarım gəlib, məni gözləyirlər. Onlara gedəcəyəm, qucaqlaşacağıq. İndi isə düşüncələrimiz qarşıdakı oyunlardadır. Kimlərlə qarşılaşacağımızı görəcəyik. Futbolçunun arzusu Çempionlar Liqasında oynamaqdır. Bu, böyük təcrübədir. Azərbaycan futbolunun tanıdılması üçün də mühüm addımdır. Ola bilsin, dövlət səviyyəsində futbola maraq daha da artsın",  -  Qurbanov bildirib.

O həmçinin Barselona komandası ilə oyunun əhəmiyyətindən də danışıb.

“Barselona”nın düşərgəsində olmuşam. Onlarla oynamalıyıqmı? Mənim üçün böyük təhlükə ola bilər. Amma azarkeşlər üçün “Barselona”nın Bakıya gəlməsi çox gözəl olardı” - Qurbanov deyib.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
İdman 21:51
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol