• $
  • €
  • ₽
  • ₺
  • £

Muarem Muarem: “Bunu kimsə mənim adımdan edib”

Muarem Muarem: “Bunu kimsə mənim adımdan edib”
22.01.2015 14:12
"Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremin müsahibəsi


- Antalyada təlim-məşq toplanışınız necə keçir?

- Məşqlərimiz davam edir. Hazırlıqla yanaşı indiki məqamda zədədən qaçmaq da çox önəmlidir. Bu baxımdan da vəziyyət yaxşıdır. Çumbinyo istisna olmaqla heç bir itkimiz yoxdur. Onun da zədəsini sağaltmasına az qalıb.

- İlk yoxlama oyununda uduzan "Qarabağ” İsveçrə "Sürix” ilə matçda yalnız sona yaxın məğlubiyyətdən qurtuldu. Bunun səbəbini necə izah edə bilərsən?

- İlk oyunda məşqlərə təzə başlamışdıq. Cəmi beş gün idi hazırlıq keçirdik. Əsas heyət cəmi bir hissə oynadı. "Sürix”lə matçda isə 60 dəqiqə meydanda olduq. Oyundan-oyuna artırırıq. Narahatlığa əsas yoxdur. Çempionatda üçüncü dövrənin startına kimi formaya düşəcəyik

- "Eskişehirspor”a transferin alınmadı. Bundan məyus oldun?

- "Eskişehirspor”dan təklif aldığımı toplanışın startına üç gün qalmış öyrəndim. Mən "Qarabağ”dakı durumumdan məmnunam. Baş məşqçimizə dedim ki, əgər klubum icazə versə, gedəcəm. Ola bilər "Eskişehirspor”la avrokuboklarda oynamayım. Amma orda oynamaq istərdim. Vacib olan "Qarabağ”ın razılığı idi.

- Transferin yayda gerçəkləşməsi mümkündür?

- Maya qədər "Qarabağ”la müqaviləm var. İki klub arasında razılıq əldə olunsa, təklifi müsbət cavablandıracağam.

- Sosial şəbəkədə "Qarabağ” azarkeşlərinə vida etdiyin qeyd olunmuşdu...

- Bunu mən etməmişəm. Ümumiyyətlə, həmin profildən istifadə etmirəm. Bunu kimsə mənim adımdan edib. Razılıq olsaydı, öncə mətbuata açıqlama verərdim.

- Belə başa düşdüm ki, Türkiyədə oynamağı istəyirsən. Orada səni ən çox nə cəlb edir?

- Türkiyə superliqasının səviyyəsi yüksəkdir. Həm də Türkiyə pasportum var. Transfer olsam, yerli futbolçu statusu ilə oynayacağam. Bu keçiddə mənim üçün pul heç də ön planda dayanmır. Karyeram üçün çox vacib addımdır.

- "Qarabağ”dan yeni müqavilə ilə bağlı təklif almısan?

- Hələ yox. Çünki onlara maya qədər burda olduğumu demişəm. Qarşıda dörd ay var. Danışıq mütləq olacaq. Ən yaxşı təklifi dəyərləndirəcəyik.

- Maliyyə burada əsas rol oynayacaq?

- Türkiyəyə pula görə getmək fikrində deyiləm. Superliqaya sevgim var, orda oynamaq istəyirəm. Sadəcə, klublar transfer məbləğində razılaşmadıqlarına görə, keçidim alınmadı.

- Premyer Liqadakı əsas rəqibləriniz qış fasiləsində sizdən fərqli olaraq heyətlərini gücləndirirlər. Bu, sizi narahat edir?

- Mövsümün ikinci hissəsi çətin keçəcək. "İnter”in çıxışını izləyirik. Yoxlama oyunlarında yaxşı nəticələr əldə edirlər. Heyətlərini də gücləndiriblər. "Qəbələ” də yaxşı transferlər edib. "Neftçi”ni də siyahıdan silmək olmaz.


Mənbə: futbolxeber.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol