• $
  • €
  • ₽
  • ₺
  • £

"Qalatasaray"ı şoka salan Ebue

"Qalatasaray"ı şoka salan Ebue
02.02.2015 16:49
"Qalatasaray" prezidentinin köməkçisi Abdurrahim Albayrakın Alanya düşərgəsində Gökhan Zan haqqında dediyi sözlər cəmiyyətdə çox müzakirə edilmişdi və əsas heyətə buraxılmayan Emmanuel Ebuenin çox pul qazanmasına baxmayaraq heç gündəmə gəlməməsindən danışılmışdı.

ANN.Az Habertürk-ə istinadən xəbər verir ki, illik 2 milyon 200 min avro alan Ebue haqqında maraqlı bir həqiqət ortaya çıxıb. Ebueni yenidən komandaya gətirən yeni rəhbərlik federasiyaya verilən cavab ilə hamını şoka salıb.

Prandellinin mövsüm əvvəlində əhəmiyyət vermədiyi Ebueni yeni rəhbərlik heyətə daxil etmək istəyib. Əvvəl Sabrini səhvlərini bağışlayaraq komandaya yenidən gətirən rəhbərlik işə yaramayan bir xaricini kirayə verərək Eboueni də heyətə salmağı fikirləşirdi. Ancaq heç gözləmədikləri bir maneə qarşılarına çıxdı.

Transferin son günündə Pandev və Dzemaili alan Aysal rəhbərliyinin tranfer limitini aşması səbəbiylə TFF-yə mövsüm sonuna qədər Ebueyə lisenziya verilməyəcəyinə dair söz verdiyi və Fil dişi Sahilli oyunçunun buna görə oyunlarda iştirak etmədiyi ortaya çıxdı.
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol