• $
  • €
  • ₽
  • ₺
  • £

"Üzr istəməyə hazıram" – Julius Vobay

"Üzr istəməyə hazıram" – Julius Vobay
06.04.2015 17:51

"Neftçi”nin futbolçusu Julius Vobay Azərbaycan Premyer Liqasının 28-ci turunun "Simurq”la səfər oyunundan (1:0) sonra ədəbsiz jest etməsi haqda yayılan iddialara cavab verib. 

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan sierra-leoneli futbolçu hərəkətinin yanlış anlaşıldığını bildirib:

"Dünən oyundan sonra da mənə bu haqda sual verildi. Açığı, söhbətin nədən getdiyini bilmirdim. Bu gün kadrları izlədim. Mənə təəccüblü gəldi ki, bu hərəkətim ədəbsiz jest kimi qiymətləndirilib. Halbuki mən bu hərəkətimlə vurduğumuz qolda pay sahibləri olan Nikolas Kanales, Əziz Quliyev, həmçinin qapıçımız Aqil Məmmədovla birgə qələbəni özüməməxsus tərzdə qeyd edirdim. 

Həmin epizodda ədəbsiz jestdən söhbət belə gedə bilməz. Uzun illərdir Azərbaycandayam, bir müsəlman kimi bu xalqın inancına, adət-ənənəsinə az-çox bələdəm. Heç vaxt belə hərəkət etməmişəm, bundan sonra da etmərəm. Gərgin oyundan sonra qazandığımız qələbəni komanda yoldaşlarımla bu formada qeyd etdim. Əgər hər hansı azarkeş bu hərəkətimi qeyri-etik jest kimi başa düşübsə, mən həmin insanlardan üzr istəməyə hazıram. Kiminsə qəlbini qırmaq istəmərəm”.

ANN.Az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol