• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri
17.04.2015 09:56
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin 8 ən güclüsü qüvvələrini sınayıb.

Yarışın son qalibi "Sevilya” İspaniyada "Zenit”i qəbul edib. Kuboku ayrı-ayrı illərdə qazanmış komandalar növbəti uğur üçün meydana çıxıb. Hesabda geri düşən Pireney təmsilçisi yalnız sona yaxın qalib gəlməyi bacarıb. Ukraynanın "Dnepr” klubu isə səfərdə Belçika təmsilçisi "Brügge” ilə qolsuz bərabərliyə razılaşıb.

İtaliyanın hər iki klubu ilk qarşılaşmasını səfərdə keçirib. "Fiorentina” Ukraynada Kiyev "Dinamo”su ilə matçda uzun müddət qol vurmağa çalışsa da, yalnız bir dəfə fərqlənib ki, bu da nəticənin heç-heçə yekunlaşmasına gətirib çıxarıb. "Napoli” isə Almaniyada "Volfsburq”a əməlli-başlı futbol dərsi keçib. Belə ki, Neapol şəhərinin komandası Bundesliqada ikinci pillənin sahibinə aman verməyib. Böyükhesablı qələbə italiyalıların yarımfinal qapısını daha erkən açıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 23-də keçiriləcək.

Avropa Liqası, 1/4 final, ilk oyunlar, 16 aprel

"Sevilya” (İspaniya) – "Zenit” (Rusiya) - 2:1
Qollar:  Karlos Bakka, 73; Denis Suares, 88; - Aleksandr Ryazantsev, 29;

"Brügge” (Belçika) – "Dnepr” (Ukrayna) - 0:0
 
"Dinamo” (Ukrayna) – "Fiorentina” (İtaliya) - 1:1
Qollar: Jermeyn Lens, 36; - Babakar, 90;

 "Volfsburq” (Almaniya) – "Napoli” (İtaliya) - 1:4
Qollar:  Niklas Bendtner, 80; - Qonzalo İquain, 15; Marek Hamşik, 23; 64; Qabbiadini 77;


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol