• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər tərəfindən öldürülmüş azərbaycanlının həkimi danışdı

Ermənilər tərəfindən öldürülmüş azərbaycanlının həkimi danışdı
21.04.2015 13:53
Xəbər verdiyimiz kimi, aprelin 19-u "Neftçi", "Karvan" və "Abşeron" klublarında çıxış etmiş dayaq yarımmüdafiəçisi Emil Hüseynov Yekaterinburqda kafelerdən birində ermənilər tərəfindən öldürülüb.

Sport7.az onunla "Abşeron" klubunda bir yerdə işləmiş həkim-fizioterapevt Rahim Məhərrəmovu bu məsələ ilə bağlı danışdırıb.

Hazırda "Qəbələ" klubunda çalışan Məhərrəmov mərhumla bağlı xatirələrini danışarkən onun gülərüz uşaq olduğunu bildirib: "Onun da bəxti bura kimi imiş. Emillə mən "Abşeron"da bir yerdə olmuşuq. Gülərüz, deyib-gülən uşaq idi. Futbolçu kimi karyerası alınmasa da, heç kimin xətrinə dəyməyən bir insan idi. Hamı ilə zarafatlaşırdı, deyib gülürdü. Bizimlə də münasibəti yaxşı idi. Kiçik qardaş kimi onun xətrini çox istəyirdik. Allah rəhmət etsin"

Rahim bəy əvvəlcə onun ölüm xəbərinə inanmadığını söyləyib: "Abşeron" klubu dağıldıqdan sonra onunla elə bir əlaqəm olmayıb. 1-2 dəfə sosial şəbəkə vasitəsilə bayramımı təbrik edib. Sonuncu dəfə məni Novruz Bayramında təbrik etmişdi. Sağolsun, unutmurdu, məni yada salırdı. Mənə onun şəklini və ölüm xəbərini yolladılar. Açığı, əvvəlcə buna inanmadım. Elə bildim ki, kimsə zarafatlaşır. Sonra gördüm ki, yox xəbər düz imiş... Uşaqlarla bayaq onu danışırdıq ki, vaxt edib Gəncəyə onun heç olmasa "3" mərasiminə gedək".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol