• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı-2015”: daha beş cüdoçumuz mübarizəyə qoşulur

“Bakı-2015”: daha beş cüdoçumuz mübarizəyə qoşulur
27.06.2015 09:49
Bu gün "Bakı-2015” I Avropa Oyunlarında cüdo üzrə yarışların 1/16 mərhələsində bir sıra görüşlər olacaq.

Qol.Az-ın məlumatına görə, idmançılar 5 çəki dərəcəsində mübarizə aparacaq.

Yığmamızın 5 üzvü bu gün meydana çıxacaq. 

27 iyun

Cüdo
 
Kişilər

90 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. O, portuqaliyalı Çelio Diasla qarşılaşacaq. Görüşün saat 13:00-da başlayacağı gözlənilir.
 
100 kq

Bu çəkidə Azərbaycanı iki idmançı təmsil edəcək. Dünya çempionu  Elxan Məmmədov 1/16 final görüşündə Zlatko Kumriçlə (Xorvatiya) üz-üzə gələcək. Görüşün saat 12:24-də başlayacağı nəzərdə tutulub.
 
Bayraqdarımız Elmar Qasımov mübarizəyə 1/8 finaldan qoşulacaq. O, bu mərhələdə Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Görüş saat  13:54-ə nəzərdə tutulub. 
.
 
+100 kq

Bu çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq. Görüş saat 12:06-da başlayacaq .
 
Qadınlar

78 kq

Qadınların yarışında ölkəmizi Günel Həsənli təmsil edəcək. 18 yaşlı idmançımız 1/16 final mərhələsində Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 12:42-də başlayacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol