"Sputnik Azərbaycan"ın əməkdaşları COVID-19-a yoluxdu: Ailələri ilə karantinə alındılar

13:57 | 03.06.2020
Media nümayəndələri arasında Covid-19-a yoluxanların sayı artmaqdadır.

"BakuPost"un əldə etdiyi məlumata görə, bəzi redaksiyaların işçiləri arasında ailəvi şəkildə koronavorusa yoluxma qeydə alınıb.

Məlumatda bildirilir ki, "Sputnik Azərbaycan" saytının bütün əməkdaşları karantinə alınıb.

Məlumatı dəqiqləşdirərkən öyrəndik ki, əslində saytın bir neçə əməkdaşının test nəticələri pozitiv çıxıb. Onlar da ailələri ilə birlikdə karantinə alınıblar. Digər əməkdaşların test nəticələri neqativ çıxdığı üçün sayt normal iş fəaliyyətini davam etdirir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM