Stoltenberg:“Rusiyaya qarşı getmirik”

22:58 | 02.06.2016
Stoltenberg:“Rusiyaya qarşı getmirik”

Stoltenberg:“Rusiyaya qarşı getmirik”

"NATO Şərqi Avropada mövqeini gücləndirməklə Rusiya ilə qarşıdurmaya getmək fikrində deyil”.

Bunu təşkilatın baş katibi Jens Stoltenberg iyunun 2-də Berlində Almaniyanın kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında bəyan edib.

O, qeyd edib ki, biz bununla münaqişə salmaq istəmirik, əksinə münaqişəyə yol verilməməsi üçün kollektiv müdafiəmizi gücləndiririk .

Stoltenberq bildirib ki, NATO Rusiya ilə yeni soyuq müharibə yox, daha əməli münasibətlər qurmaq istəyir.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, Avropa Birliyi ilə Rusiya arasında münasibətlər pisləşib.

Stoltenberq mayın 30-da bildirib ki, Varşavada keçiriləcək sammitində təşkilatın Polşa və digər Şərq cəbhəsi ölkələrində iştirakının gücləndirilməsi müzakirə olunacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb