• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşa xəbəri olmadan "stop" qadağası qoyula bilərmi?

Vətəndaşa xəbəri olmadan
03.06.2022 15:43
2020-ci ildə şahidlik edilən  məhkəmə işinə görə ölkədən çıxışa qadağa qoyulub, amma bu barədə heç bir xəbərdarlıq bildirişi göndərilməyib. Bunu anews.az-a açıqlamasında Azadlıq qəzetinin əməkdaşı jurnalist Səadət Cahangir bildirib.
 
"Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun məhkəmə prosesində şahid qismində dindirilmişəm. Oktyabrda Niyaməddin Əhmədova hökm oxunub. Mənə də həmin müddətdən "stop" qadağası qoyulub. Bununla bağlı mənə hər hansı bir bildiriş gəlməyib. Yanvarda müalicəm ilə bağlı xarici ölkəyə getmək istəyirdim və daha əvvəl belə bir qadağanın olduğunu eşitdiyim  üçün ehtimal edib prokrorluğa sorğu göndərdim. Mənə bir ay cavab gəldi ki, bəli şahid qismində iştirak etdiyim üçün mənə müvəqqəti çıxış qadağası qoyulub. Hazırda 2 ilə yaxındır bu qadağa davam edir", - Səadət Cahangir deyib.
 
Hüquq müdafiəçisi Rüfət Səfərovun sözlərinə görə, şahid qismində çıxışına qadağa qoyulan şəxslərin barəsində verilən qərar tamamilə qanunsuzdur. 
 
"Əgər adam təqsirləndirilən şəxs deyilsə, məhkəmə qərarı ilə heç bir öhdəliyi yoxdursa, ona qadağa qoyulması doğru qərar deyil. Bu qanunazidd addımdır. Vətəndaş belə hal baş verdiyi təqdirdə məhkəməyə müraciət etməklə öz hüquqlarını bərpa edə bilər", - Səfərov vurğulayıb.
 
Vəkil Bəhruz Bayramovun sözlərinə görə şahid qismində olan o insanların ölkədən çıxışına o halda qadağa qoyula bilər ki, onların haqqında hər hansı bir şübhəli bir səbəb olsun.
 
"Belə hallarla mən də  bir neçə dəfə rastlaşmışam. Belə hallar qanunsuzdur. Cinayət işi başa çatır, şəxsə hökm qərarı çıxarılır və nəticədə şahidin ölkədən çıxışına qadağa hələ də qüvvədə qalır. Belə olan halda vətəndaş həmin istintaq orqanı ilə bağlı şikayət edib qadağanın götürülməsini tələb etməlidir. Əgər cavab verilməsə həmin istansiyanın hərəkətindən məhkəməyə şikayət müraciəti olmalıdır", - vəkil əlavə edib.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev  açıqlamasında bildirib ki, hər hansı vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulması qanunla tənzimlənir.
 
Ombudsman Aparatından məsələyə münasibət olaraq bildirib ki, 2021-2022-ci illər ərzində aparata "stop" qadağası ilə bağlı 3 müraciət daxil olub. Həmin müraciətlər araşdırılaraq aiddiyatı üzrə dövlət qurumlarına sorğular göndərilib və həmin şəxslərin hüquqlarının bərpa olunması istiqamətində işlər görülüb. 

 
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanlarının müraciətləri əsasında, 2021-ci il ərzində 274,0 milyon manat borc məbləği üzrə 6154, 2022-ci ilin yanvar-fevralında isə 36,8 milyon manat borc məbləği üzrə 885 şəxsin ölkədəngetmə hüququ məhkəmələr tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılıb.
 
"Stop" qadağası ilə bağlı aiddiyatı olan digər qurum Ədliyyə Nazirliyinə sorğu ünvanlasaq da sorğumuza cavab ala bilmədik.

Ədliyyə Nazirliyinin saytında "Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat verilməsi” (https://exidmet.justice.gov.az:8284/Icra/QuitLimitation) elektron xidməti mövcuddur. Həmin xidmət vasitəsilə belə bir məhdudlaşdırmanın olub-olmadığını öyrənmək mümkündür”.

Xidmətdə aşağıdakı  məlumatlar yer alır:

- axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatlar;

- xarici ölkəyə daimi yaşamağa getmək hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış, dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vətəndaşlar haqqında məlumatlar;

- terrorçuluqda və digər transmilli mütəşəkkil cinayətlərdə şübhəli bilinən, habelə ölkədə olması milli təhlükəsizlik baxımından arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar;

- ölkədə olması arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar;

- Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

- sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış şəxslər, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış əcnəbilər haqqında məlumatlar;
- müəyyən müddətə azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə, islah işləri, ictimai işlər, cərimə növündə cəzalara məhkum olunmuş şəxslər haqqında məlumatlar;

- üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən şəxslər haqqında məlumatlar;

- məhkum edilmiş, lakin cəzasının çəkilməsi təxirə salınan şəxslər haqqında məlumatlar;

- tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslər haqqında məlumatlar;

- borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məlumatlar;

- miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər haqqında məlumatlar;

- intizam xarakterli hərbi hissədə saxlanılan şəxslər haqqında məlumatlar;

- müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında məlumatlar;

- hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxslər haqqında məlumatlar;

- inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

- etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxta pasportlar, vizalar, vəsiqələr haqqında məlumatlar;

- axtarışda olan nəqliyyat vasitələri haqqında məlumatlar.
 
Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, məhkəmə orqanlarının qoyduğu "stop”larla bağlı Nazirlər Kabinetinin təlimatı var. Amma hüquq-mühafizə orqanlarının qoyduğu "stop”ların hansı qaydada tətbiqi ilə bağlı xüsusi təlimat qaydası mövcud deyilş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin cinayət təqibi orqanlarının əsassız qoyduğu "stop”larla bağlı hər hansı bir arayış və ya sənəd vermədiyindən vətəndaş məhkəməyə müraciət etsə də nəticə əldə edə bilmir. 

Hazırkı qanunvericilikdə "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na görə aşağıdakı qurumlar vətəndaşa "stop" qadağası tətbiq edə bilər:
Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti.



Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol