Stradivari skripkası oğurlandı

22:58 | 30.01.2014
Stradivari skripkası oğurlandı

Stradivari skripkası oğurlandı

Amerika Birləşmiş Ştatlarının Miluoki şəhərində 300-illik Stradivari skripkası oğurlanıb. Dəyəri yüksək olan musiqi aləti Miluoki Simfonik Orkestrının aparıcı skripkaçısının məruz qaldığı silahlı soyğun zamanı naməlum şəxslər tərəfindən oğurlanıb. Polisin məlumatına görə, soyğun orkestr yerli kolleclərdən birində çıxış etdikdən sonra baş verib. ANS PRESS-in məlumatına görə, oğurlanan skripkanın 2006-cı ildə 3,5 milyon dollara satılan digər bir Stradivarius skripkası ilə təxminən eyni dəyərə malik olduğu bildirilir. Miluoki Simfonik Orkestrının aparıcı skripkaçısı da 1715-ci ildə hazırlanan skripkanı bir neçə il əvvəl hərracda bir neçə milyon dollara almışdı. Viskonsin ştatının polisi skripkanı oğurlayan şəxslərin axtarışına başlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb